Ermənistan parlamentinin keçmiş vitse-spikerini həbs etdilər

© Sputnik / StringerErmənistan polisi
Ermənistan polisi  - Sputnik Azərbaycan
Abunə olmaq
Yerevanda müxalifət kütləvi etiraz aksiyaları keçirir. İştirakçılar Qarabağda atəşkəslə bağlı bəyanata imza atan Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

BAKI, 12 noyabr - Sputnik. Ermənistan parlamentinin keçmiş vitse-spikeri, Respublika partiyasının icra orqanının üzvü Eduard Şarmazanov həbs edilib.

Ermənistanda təcili yardım maşını - Sputnik Azərbaycan
Ermənistanın təzə MTX başçısının ürəyi tutdu

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə vəkil Tiqran Atanesyan xəbər verib.

Ermənistanın xüsusi təhqiqat xidməti Yerevandakı etiraz aksiyaları ilə bağlı cinayət işi başlayıb. Çərşənbə günü parlament və hökumət binaları önündə müxalifətin keçirdiyi aksiya barədə cinayət işi "qanunla müəyyən edilmiş qaydaları pozaraq toplantının təşkili və keçirilməsi" maddəsi ilə başlanıb. Buna görə maksimal cəza 2 aylıq həbsdir.

"Bilmirəm, nə qədər adam tutulub. Onların arasında Eduard Şarmazanovla İşxan Saqatelyan ("Daşnaksütun" partiyasının ali orqanının nümayəndəsi - red.) da var. (Etirazçıları) Liderlərdən məhrum etmək üçün bütün aktiv siyasətçiləri həbs edirlər", - Atanesyan deyib. Onun sözlərinə görə, güman ki, həbs olunanları müvəqqəti təcridxanaya aparacaqlar.  

Yerevanda müxalifət kütləvi etiraz aksiyaları keçirir. İştirakçılar Qarabağda atəşkəslə bağlı bəyanata imza atan Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

 Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Paşinyana verilən vaxt doldu, parlamentin iclası olmadı

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0