BAKI, 11 noyabr — Sputnik. Sabah Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) "COVID-19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri" mövzusunda nazirlərin 22-ci görüşü keçiriləcək.
Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, onlayn formatda təşkil olunan görüşdə Əlcəzairin Energetika naziri, Qaz İxrac Edən Ölkələr Forumu nazirlər görüşünün sədri Əbdülməcid Əttarın dəvəti ilə foruma üzv və müşahidəçi ölkələrin nümayəndələri, o cümlədən Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək. Nazirin görüşdə çıxışı nəzərdə tutulub.
Tədbir Bakı vaxtı ilə saat 16:00-dan 20:00-dək (Əlcəzair vaxtı ilə saat 13:00-dan 17:00-dək) keçiriləcək. Nazirlər görüşünün sonunda mətbuat konfransı təşkil olunacaq.