BAKI, 10 noyabr — Sputnik. Almaniya Türkiyəni risk bölgəsi elan etdikdən sonra ölkəyə gedəcək hər kəs üçün "öncədən xəbərdarlıq" məcburiyyəti qoyub.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyədən Almaniyaya gedən hər kəs, türk və ya alman olmasından asılı olmayaraq, əgər 10 gün Türkiyədə qalıbsa, öncədən bütün məlumatlarını gedəcəyi ölkəyə göndərəcək. Yalnız bundan sonra türklər Almaniyaya buraxılacaqlar.
Həmin məlumatlar şəxs ölkəyə getməmişdən əvvəl sağlamlıq mərkəzinə veriləcək və şəxslərin karantin müddəti nəzarətə götürüləcək.
Bir müddət əvvəl turistik viza verməyi dayandıran Almaniya indi də alman pasportu, yaşamaq icazəsi və iş üçün vizası olanlara növbəti problem yaratmış oldu. Xatırladaq ki, öncədən məlumatlandırma ancaq Türkiyədən gələnlərə şamil ediləcək. Və proses "Digitale Einreisemeldung" adlı onlayn portal vasitəsilə həyata keçiriləcək.