Rusiyalı sülhməramlılarının Qarabağda yerləşdirilməsi ötən gecə Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış hərbi əməliyyatların sona çatmasına dair birgə razılaşmanın maddələrindən biridir.
Bölgəyə 1960 nəfər hərbi qulluqçu, 90 zirehli transportyor və 380 digər texnika yerləşdiriləcək. Sülhməramlı kontingentin əsasını isə Rusiya Federasiyasının Mərkəzi Hərbi Dairəsinin 15-ci əlahiddə motoatıcı briqadasının bölmələri təşkil edir.
Sülhməramlıların bölgəyə transferi Ulyanovsk-Vostoçnı aerodromundan İl-76 təyyarələri ilə həyata keçirilir. Rusiya Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq Bakı vaxtı ilə saat 07:00-dan etibarən sülhməramlı kontingenti bölgəyə göndərməyə başlayıb.
Sputnik Azərbaycan rus sülhməramlılarının Dağlıq Qarabağdakı münaqişə bölgəsinə təyyarələrlə yola salınmasının görüntülərini təqdim edir.