BAKI, 10 noyabr — Sputnik. Rus sülhməramlılarının Qarabağda bu və ya digər şəkildə yerləşdirilməsi mövzusu hələ bir ay əvvəl hazırlanırdı.
Sputnik Azərbaycan "Dojd" telekanalına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib.
"Müşahidəçilərin, sülhməramlıların iştirakı mövzusu... hələ bir ay əvvəl ekspertlər səviyyəsində, diplomatların danışıqları səviyyəsində müzakirə olunurdu... Bu məsələ artıq gündəlikdə idi. Bilirsiniz, bu cür qərarlar diqqətlə hazırlanır, nəzərə almaq lazımdır ki, söhbət iki tərəfdən deyil, üç tərəfdən gedir – iki münaqişə edən tərəf və Rusiyadan", - deyə Zaxarova qeyd edib.