SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nikol Paşinyan Yerevanda olduğunu, heç yerə qaçmadığını bildirib

© AFP 2024Премьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri ilə Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzaladığını bildirib.

BAKI, 10 noyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə olduğunu və vəzifələrini icra etdiyini bildirib. Sputnik Ermənistan bildiri ki, bu barədə hökumət başçısı Facebook-da yazıb.  

"Mən əlbəttə ki, Ermənistandayam və baş nazir vəzifəsini tam olaraq yerinə yetirirəm", - Paşinyan yazıb. 

Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri ilə Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzaladığını bildirib.

Bundan sonra bəyanatdan narazı kütlələr hökumət binasına hücum etmiş, lakin Nikol Paşinyanı orada tapmamışdılar. Qəzəbli kütlə oradan parlament binasına keçərək spiker Ararat Mirzoyanı döyüb. Hazırda Yerevanda Nikol Paşinyanın istefası şüarları səsləndirilir.

Xəbər lenti
0