Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilati dəstəyi ilə Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TCCI) növbədənkənar iclası keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, növbədənkənar iclasdan sonra təşkil olunan brifinqdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin investisiya fondu yaradıldığını bildirib:
“Əsas məqsəd bu ölkələrdə sahibkarlıqla məşğul olanlara dəstək verməkdir. Türkiyədən sonra Özbəkistanla son 2 ildə ticarət dövriyyəsində artım qeydə alınıb. Mən bu məsələlərin gəlcəkdə daha da inkişaf etdiriləcəyinə optimist yanaşıram. Hazırda bununla bağlı bir çox sahələrdə işlər görülür və bundan sonra da görüləcək. Pandemiya dövrü olmasına baxmayaraq böyük yol qət etmişik”.
Məmməd Musayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz