CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havalar gözlənildiyindən soyuq olarsa...

© Photo : AzeriGas Production UnionQaz sayğaclarının yoxlanılması
Qaz sayğaclarının yoxlanılması - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq payız-qış istilik mövsümünün başlanmasına sayılı günlər qalıb. Aidiyyəti qurumlar 2020-2021-ci illəristilik mövsümünə hazırlıq tədbirlərini davam etdirirlər.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 noyabr — Sputnik. Artıq payız-qış istilik mövsümünün başlanmasına sayılı günlər qalıb. Aidiyyəti qurumlar 2020-2021-ci illəristilik mövsümünə hazırlıq tədbirlərini davam etdirirlər.

Sputnik Azərbaycan olaraq qış mövsümünə hazırlığın nə yerdə olduğunu öyrəndik.

Elektrik yarımstansiyası, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Sputnik Azərbaycan-a açıqlamasında mövsümə hazırlıqla bağlı danışıb: "Payız-qış mövsümünə hazırlıqla bağlı "Azəriqaz" İstehsalat Birliyinin həm Bakı Regional Qaz-İstismar Departamenti, həm də regionlarda yerləşən qzz-istismar idarələri gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirirlər. Havaların soyuduğu dövrədək qaz açılışlarının təmin təmin olunmasına çalışırlar. Harada ki, qazalşama işləri gedir, bu qazlaşma işlərindən irəli gələrək onlaırn dövlət proqramı ilə icra olunan işlərinin tamamlanmasına çalışılır ki, havalar soyuyanadək yeni yaşayış massivləri, kənd və qəsəbələrdə vaxtında qazın verilişi təmin olunsun".

"Görülən tədbirlər planına daxil olan məsələlərdən biri də bütün kəmərlərin yoxlanılmasıdır. Yoxlama işləri həyata keçirilir ki, kəmərlərin saz vəziyyətdə olub-olmamasına, eyni zamanda da kənar müdaxilələrin olub-olmamasına nəzər yetirək. "Azərisitliktəchizat" ASC-nin tabeliyində olan mərkəzləşdirilmiş isitlik sistemi olan binaların qazanxanaların təminatı baxımdan da "Azəriqaz" İB tam hazırdır. Qazanxanalara qaz verilməsi məəsləsində heç bir problem görmürük. Müəyyən prosedurlar icra olunduqdan, qarşı tərəfdən məlumatlar verildikdən sonra qazanxanalara da qazın açılışı təmin olunacaq", - deyə C.Səfərov əlavə edib.

C.Səfərov bildirib ki, havalar vaxtından öncə soyuyarsa, mərkəzləşdirilmiş isitlik sistemi olan qazanxanalara istilik mövsümünün başlanmasından daha tez qazın verilişi təmin oluna bilər: "Bizim buna imkanımız, gücümüz çatır. "Azəriqaz" İB-nin baş direktorunun da bununla bağlı göstərişi var".

Qurum rəsmisi əlavə edib ki, cari payız-qış mövsümü üçün 8 yaşayış məntəqəsində qazlaşma işləri başa çatıb, 24 yaşayış massivində qazla təminat icra olunur, 22 yaşayış məntəqəsi və 11 yaşayış massivində işlər tamamlanıb, sadəcə olaraq qazın açlışı ilə bağlı son prosedurlar icra olunur: "Bundan başqa, qeyd edim ki, ilin əvvəlindən yeni çəkilmiş müxtəlif diametrli qaz xətlərinin uzunluğu 1261.6 km olub. Cari ayda isə 156.5 km qaz xətti çəkilib. İlin əvvvəlindən təmir olunan müxtəlif diametrli qaz xətlərinin uzunluğu isə 206.2 km olub, təkcə oktaybrda isə bu rəqəm 28.7 km uzuluqda olub".

Девушка у комнатного обогревателя, архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
İstilik mövsümü tez başlayarsa, müvafiq addımlar atılacaq

"Əlavə olaraq qeyd edim ki, havalar soyuyarsa, qazın təzyiqi ilə bağlı narahatlıqlar yaranarsa, bizim rejimlərə nəzarət üzrə mütəxəssilərimiz bu gün olduğu kimi hər zaman bu məsələni diqqətdə saxlayacaq və təzyiqin tənzimlənməsini icra edəcəklər", - deyə Ceyhun Səfərov vuğulayıb.

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında görülən işlərlə bağlı danışıb: "2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar olaraq “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilən tədbirlər planıına uyğun olaraq istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası davam etdirilib. İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması və mövsüm ərzində Cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3870 yaşayış binası, o cümlədən 182,0 mində yaxın mənzil, 288 məktəb, 157 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1950 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilir".

"Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilmiş, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuş, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib", - deyə R.Əliyev sorğumuza cavab olaraq bildirib.

İlham Əliyev yarımstansiyasının tikintisi ilə tanış olub - Sputnik Azərbaycan
İlham Əliyev: İnvestorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik

O qeyd edib ki, tədbirlər planına əsasən 559 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 507 odluq təmir olunmuş, 861 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1150 ədəd qazan mexaniki və kimyəvi  üsulllara təmizlənib, qazanlarda 1680 m2  izolyasiya örtüyü və 796 metr kərpic örtüyü təmir olunub: "İstilik şəbəkəlirində 24310 ədəd siyirtmə və ventil təftiş olunmuş, onlardan 12760 ədədi əsası və cari təmir olunub, 580 ədədi isə yenisi ilə əvəz olunmuşdur. Magistral və məhəllədaxili İstilik xətlərində 3850 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində  7520 m2  dam örtüyü təmir edilmişdir. Bundan başqa 396 dəst istilik mübadilə qurğusu mexaniki və kimyəvi üsullarla təmizlənmiş, 600 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 5 ton kationit  materialları dəyişdirilib".

"İstilik təchizatı sistemində  ən vacib  sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2020-2021-ci illəristilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb. Belə ki, 977 km istilik xətləri yuyulmuş və hidravlik  təzyiqə yoxlanılmış, 6000 metrə yaxın məhəllədaxili və magistral istilik xətləri əsaslı  təmir olunmuş, 404 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıb", - deyə qurum rəsmisi əlavə edib.

Bundan başqa 1694 ədəd qoruyucu klapan və 2290 ədəd əks klapan, 418 ədəd ehtiyat su çəni təftiş və təmir olunub, 2850 ədəd çirktutan təmizlənib və cəmiyyətə aid qaz təsərrüfatı təftiş olunaraq cəmiyyətin balansında olan 155 km  qaz xətti və 495 ədəd qaz kəsici klapan yoxlanılıb, 515 ədəd qaz tənzimləyici  yoxlanılaraq təmizlənmiş istismara yararsız olanlar yenisi ilə əvəz olunub: "Eyni zamanda bildiririk ki, hazırda bir çox qazanxana və istilik məntəqələrində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılıb. Bu sistem vasitəsi ilə Bakı şəhərinin və regionların istənilən ərazisində qazanxana və istilik məntəqələrindən yaşayış binaları və sosial obyektkərə gedən və qayıdan xətlərdəki suyun temperaturuna və təzyiqinə, qazanxanaların girişində qazın təzyiqi parametrlərinə nəzarət etmək mümkündür".

R.Əliyev bildirib ki, hazırda payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlərərin icrası tam başa çatdırılıb: “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən istilik və isti su təchizatı xidmətləri, o cümlədən istilik mənbələrinə qoşulmaq üçün texniki şərtlərin verilməsi xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrində qeydiyyata alınıb, bəzi xidmət növləri elektronlaşdırılıb, eyni zamanda istehlakçılara bu xidmətlərin “ASAN Kommunal” mərkəzlərində göstərilməsinə başlanılıb".

"Eyni zamanda bildiririk ki, payız-qış mövsümünün yaxınlaşması ilə əlaqədar istehlakçılar tərəfindən də yaşayış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadə olunan hissələrdə, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən  istilik itkilərin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq  təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır", - deyə R.Əliyev əlavə edib. 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir. Qarabağ bölgəsində bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı sahəsində də geniş miqyaslı işlər görülür.

Hazırda “Azərişıq” ASC-nin əməkdaşları cəbhə boyu bölgələrdə düşmənin mülkü obyektləri hədəfə alması nəticəsində baş verən qəzaların aradan qaldırılması və bərpa işlərini gecə-gündüz operativ şəkildə yerinə yetirirlər. Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarə etmə sistemini tətbiqi etməklə 110, 35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, ÖİN naqillərdən istifadə etməklə 35 və 0,4 kV-luq elektrik verişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanmış, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin nəzərdə tutulan layihələr yerinə yetirilənədək “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verib.

Qurumun ümumilikdə respublika üzrə qışa hazırlıqla bağlı görülən işləri haqda yaxın günlərdə daha ətraflı məlumat veriləcək.

Xəbər lenti
0