BAKI, 7 noyabr — Sputnik. Gürcüstan hakimiyyəti noyabrın 9-dan etibarən böyük şəhərlərdə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə saat 22.00-dan 05.00-dək qədər avtomobillərin və piyadaların hərəkətini məhdudlaşırılması ilə bağlı qərar verib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə baş nazirin müavini Maya Tskitişvili virusla mübarizə üzrə koordinasiya şurasının iclasından sonra keçirdiyi brifinqdə deyib.
"Ölkənin böyük şəhərlərində bazar ertəsindən etibarən saat 22.00-dan 05.00-a qədər hərəkət məhdudlaşdırılır. Bu qərar avtomobil sürücüləri ilə yanaşı, piyadalara da şamil edilir", - deyə o bildirib.