Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan öz qazını Avropaya çatdırmaq planlarından çəkinməyəcək - SOCAR

© AFP 2023 / HAIDAR MOHAMMED ALIГазопровод, фото из архива
Газопровод, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan öz ərazilərinin Ermənistanın işğalından azad etmək üçün hərbi əməliyyatlar aparmasına baxmayaraq, təbii qazın Cənubi Avropaya çatdırılması planlarından əl çəkməyəcək.

BAKI, 6 noyabr — Sputnik. Azərbaycan torpaqlarının erməni işğalından azad etmək üçün aparılan hərbi əməliyyatlara baxmayaraq, ölkə təbii qazın Cənubi Avropaya çatdırılması üzrə planlarından çəkinməyəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Reuters-ə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

Onun sözlərinə görə, artıq bu ay Trans-Adriatik Boru Kəməri (TAP) ildə 10 mlrd. kubmetr Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdıniz" qaz-kondensat yatağında hasil edilən qazın qəbulu üçün hazır olacaq:

"Cəmi iki həftədən sonra infrastrukturun (Cənub Qaz Dəhlizi – red.) yeni hissəsi artıq hazır olacaq".

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Uzunluğu 878 kilometr olan bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya bu ilin sonunadək çatdırılacağı nəzərdə tutulur.

Xəbər lenti
0