CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sahibkarlar tərəfindən boyanan tarixi bina bərpa edilir

Abunə olmaq
Qərara alınıb ki, paytaxtda yerləşən tarixi-mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qurumları tərəfindən birgə yoxlamalar keçirilsin.

BAKI, 6 noyabr — Sputnik. Ötən gün Bakı şəhəri Ələşrəf Əlizadə küçəsi ilə Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadında aparılmış qanunsuz rəngləmə işləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilib.

Sputnik Azərbaycan Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına istinadla xəbər verir ki, hazırda mütəxəssislər tərəfindən tarixi binanın bərpası üçün onun fasadında təmir-restavrasiya işlərinə başlanılıb.

© The Executive Power of the Baku CityBakı şəhəri Ələşrəf Əlizadə küçəsi ilə Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində yerləşən tarixi bina
Sahibkarlar tərəfindən boyanan tarixi bina bərpa edilir - Sputnik Azərbaycan
Bakı şəhəri Ələşrəf Əlizadə küçəsi ilə Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində yerləşən tarixi bina

Görülən tədbirlər nəticəsində binadakı obyektin icarədarı və sahibkara qarşı İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş maksimum məbləğdə cərimə tətbiq edilərək ciddi xəbərdar olunub, ərazi nəzarətə götürülüb.

Qərara alınıb ki, paytaxtda yerləşən tarixi-mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qurumları tərəfindən birgə yoxlamalar keçirilsin.

Xəbər lenti
0