Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

SOCAR İnvestisiya Holdinqinin idarəetməsinə verildi

© Photo : SOCARГоловной офис SOCAR в Баку, фото из архива
Головной офис SOCAR в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
SOCAR, “AzerGold”, AXDG və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” İnvestisiya Holdinqinin idarəetməsinə verilib

BAKI, 6 noyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək, İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinə isə Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Xəbər lenti
0