BAKI, 6 noyabr — Sputnik. 2020-ci ilin oktyabr ayı ərzində nikah öncəsi müayinə məqsədilə 5326 nəfərdən qan nümunələri götürülüb. Milli Hematologiya və Transfuziologiya Mərkəzindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq belə bildirilib.
Qeyd olunub ki, götürülən qan nümunələrinə əsasən, 157 nəfərdə talassemiya daşıyıcılığı, hesabat dövründə 9 nəfərdə İİV, 49 nəfərdə sifilis aşkarlanıb.