CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dənizin ortasındakı müqəddəs torpaq - Tanrının məkanından reportaj

© Sputnik / Irade JELILPirallahi
Pirallahi - Sputnik Azərbaycan
Abunə olmaq
Suya batmış və nasaz vəziyyətdə olan qayıqların nə vaxtsa parkın sakinlərinə xidmət etdiyi əraziyə atılmış boş içki şüşələrindən hiss edilir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Pirallahı Abşeronun ən böyük adası hesab edilir. Ada ərəb xilafəti dövründə yaranan xəritələrdə Pirallahı adası kimi tanınır. Həmin dövrlərdə ada müqəddəs yer hesab edilirmiş. Tarixi mənbələrə görə, "pir" müqəddəs yer anlamını verir. Pirallahı isə Allahın piri, məbədi mənasını verir. Pirallahı adına XIV əsr mənbəlrində rast gəlinir.

"Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonun yaradılması haqqında" qanun 2012-ci ildə qəbul edildikdən sonra ölkə başçısı qanunun tətbiq edilməsi ilə bağlı 17 yanvar 2013-cü il sərəncam verir.

Pirallahı adası əvvəldən "neftin vətəni" hesab edilib. Belə ki, 1897-ci ildə burada Nobel qardaşları qazma işlərinə başlayır, 1902-ci ldə isə 44 saylı quyunun yoxlaması zamanı neft alını və beləliklə də adada yaşayış məntəqləri salınmağa başlanılır. 1925-ci ildə adaya sovet partiya xadimi Artyomun (Fyodor Andreyeviç Sergeyev) adı verilir.

Beləcə bir tarix yazılır. Sonuncu dəfə Pirallahı adasında 5 il əvvəl olmuşdum. Burada neft şirkətlərinin əraziləri və bir dəfə köhnə gecəqondularından başqa diqqətimi heç nə çəkməmişdi. Düşünün dənizin ortasında neft qoxulu kasıb bir ada...Kələ-kötür yolları, köhnə daxmaları, insanlarının kədərli siması sevdirməmişdi Pirallahını mənə.

© Sputnik / Irade JELILPirallahı adası
Dənizin ortasındakı müqəddəs torpaq -  Tanrının məkanından reportaj - Sputnik Azərbaycan
Pirallahı adası

Bu günlərdə yenə yolum Pirallahıdan düşmüşdü.

Beş il əvvəlki adadan əsər-əlamət qalmamışdı.

Kələ-kötür yollar asfaltlanmış, uçuq daxmaların yerini yeni yaşayış məntəqələri tutmuşdu. İnsanları da kədərli görünmürdü.

Yolların kənarında yaşıllıqlar salınmış, parklar salınmışdı. Yolun kənarında Pirallahı şəhidlərinin xatirəsinə olan Şəhidlər Xiyabanı salınmışdı.

Pirallahı adası rayon statusu alandan sonra Gürgən qəsəbəsi Xəzər rayonundan alınaraq, Pirallahı rayonuna verilir. Hazırda Pirallahı rayonu 4 qəsəbədən Çilov, Neft Daşları Gürgən və Pirallahıdan ibarətdir.

© Sputnik / Irade JELILPirallahı adasında yan alan gəmilər
Dənizin ortasındakı müqəddəs torpaq -  Tanrının məkanından reportaj - Sputnik Azərbaycan
Pirallahı adasında yan alan gəmilər

Gürgən qəsəbəsi Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Qeyd edək ki, qəsəbə 1946-cı ildə salınıb.

Deyilənə görə, əvvəllər burada Gürgan şəhəri olub. Burada girgan tayfaları yaşayırmış. Sonralar Xəzərin səviyyəsi qalxıb və şəhər suyun altında qalıb. Su çəkiləndən sonra üzə çıxan ərazilər Gürgən qəsəbəsinin əraziləridir.

İnd həmin ərazilərdə bağlar və kiçik yaşayış məntəqələri var.

© Sputnik / Irade JELILPirallahı adası
Dənizin ortasındakı müqəddəs torpaq -  Tanrının məkanından reportaj - Sputnik Azərbaycan
Pirallahı adası

Burada ötən illərdə "Gürgən" parkı da salınıb. Amma park baxımsız qaldığı üçün, bura gələn də azdır. Parkda yaradılmış süni gölün suyu çirklənib. Suya batmış və nasaz vəziyyətdə olan qayıqların nə vaxtsa parkın sakinlərinə xidmət etdiyi əraziyə atılmış boş içki şüşələrindən hiss edilir.

İndi isə parkda demək olar ki, "lələ köçüb, yurdu qalıb". Yəni nə vaxtsa gözəl park olduğu hiss edilir. Sadəcə baxımsızdır.

Pirallahı ilə Abşeron yarımadasını hündürlüyü 11 metr olan körpü birləşdirir.

Əvvəllər ada ilə əlaqə gəmi, katerlər vasitəsi ilə olub. Burada ilk körpünün tikilməsi üçün qərar 1939-cu ildə verilsə də, adanı sahilə birləşdirən körpünün tikintisinə 1941-ci ildə başlamılmış və 1944 cü ildə təhvil verilmişdi. Bundan sonra ada yarımadaya çevrilir.

© Sputnik / Irade JELILPirallahı adası
Dənizin ortasındakı müqəddəs torpaq -  Tanrının məkanından reportaj - Sputnik Azərbaycan
Pirallahı adası

2012-ci ildə yeni körpünün inşasına qərar verilir. 2017-ci ildə körpü istifadəyə verilir. İndi bu körpü ada ilə Abşeronu birləşdirir.

Pirallahı qədim tarixə malikdir. Kimin yaddaşında Pirallahı, kimin isə Artyom kimi qalsa da, bir reallıq var. Bakıdan 40 kilometr uzaqlıqda, dənizin ortasında müqəddəs bir torpaq var. Dörd tərəfdən su ilə əhatə edilmiş, neft vətəni adlansa da, neft qoxusu verməyən bir ada…

Xəbər lenti
0