Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

COVID-19 xəstələri daha ağırlaşmış vəziyyətdə daxil olurlar - SƏBƏB

© Photo : The State Customs Committee of ARМедик в Госпитале Таможенного Комитета, фото из архива
Медик в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Lakin test verib, 10 gün evdə müalicə alıb sonradan xəstəxanaya gətirilənlərin vəziyyəti kritik olur. Onların bəzilərini vəziyyətdən çıxara bilirik, bəzilərini reanimasiyaya yollayırıq, bəziləri isə dünyalarını dəyişirlər" - İnfeksionist

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. Son bir neçə həftədir ki, ölkədə COVID-19-a yoluxanların sayında rekord göstərici qeydə alınır. Gündəlik yoluxanların sayı yaz və yay ayları ilə müqayisədə daha da artaraq 1200-ü ötüb.

Yaz və yay ayları ilə müqayisədə xəstələrdə hansı simptomlar dəyişib, ümumiyyətlə, xəstəlik dərəcəsi ağırlaşıbmı?

Ölkədə pandemiya şəraitinin başladığı mart ayından etibarən COVID-19 xəstələrinin müalicəsində yaxından iştirak edən infeksionist İlhamə Şirinova Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Hazırda gələn xəstələr ağır vəziyyətdə xəstəxanaya daxil olurlar. Çünki onlar evdə 1 həftə, 10 gün müalicə götürdükdən sonra gəlirlər və həmişəki kimi gərəksiz yerə antibiotiklərdən istifadə edirlər. Bu, virus xəstəliyidir. Antibiotik buna heç nə etmir. Əksinə, ikili, üçlü antibiotiklər immunitet sisteminin daha da zəifləməsinə, ağırlaşmaya səbəb olur".

"Hazırda öncəki aylarla müqayisədə COVID-19-un daha ağır forması müşahidə edilir. Xəstələrin 90-95 faizi ağırlaşır, saturasiyaları düşür, temperaturları isə 39-40 dərəcə olur", - deyə infeksionist əlavə edib.

Həkim bildirir ki, xəstəxana şəraitində ehtiyac olduqda antibiotik verilir: "Qan analizində göstəriş varsa, bakterial olaraq şübhə yaranarsa, bu zaman antibiotik veririk. Xəstələr isə gərəksiz yerə evdə 2-3 antibiotik isitfadə edirlər".

Həkim İ.Şirinova bildirib ki, xəstəxanadakı xəstələrin əksəriyyətini orta yaşlılar təşkil edir. Həkimin sözlərinə görə, daha tez müraciət edənlər daha tez sağalaraq, 1 həftəyə evlərinə gedirlər: "Lakin test verib, 10 gün evdə müalicə alıb sonradan xəstəxanaya gətirilənlərin vəziyyəti kritik olur. Onların bəzilərini vəziyyətdən çıxara bilirik, bəzilərini reanimasiyaya yollayırıq, bəziləri isə dünyalarını dəyişirlər".

Xəbər lenti
0