Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 5 noyabr — Sputnik. Ötən gün xəstəxanada yaralı halda oxuduğu mahnı ilə gündəmə gələn əsgərimizin kimliyi bəlli olub.
Sputnik Azərbaycan xəbər verir ki, yaraları sarınarkən "Can Qarabağ, ana yurdum" oxuyan əsgərimiz müğənni Məbud Əhmədov imiş.
Посмотреть эту публикацию в Instagram
O, Milli Konservatoriyanın tələbəsi olub, həmçinin, "3müz" proqramında tez-tez ifaçı qismində yer alıb. Qeyd edək ki, ifaçı bundan əvvəl də döyüşçü yoldaşları ilə birlikdə "Anadır arzulara hər zaman Qarabağ" mahnısını oxumuşdu. Həmin video da sosial şəbəklərdə geniş yayılmışdı.