BAKI, 5 noyabr — Sputnik. Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev yeni vəzifəyə təyin edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Mübariz Ənvər oğlu Ağayev "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Tibbi ərazi bölmələrinin koordinasiyası departamentinin cənub ərazi bölməsi üzrə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, M.Ağayev bu təyinata qədər Lerik Rayon Mərkəzi Xəstəxananın baş həkimi olub. O, həmçinin, Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədr müavinidir.