Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə daxil olan şirkətlər - SİYAHI

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

BAKI, 5 noyabr - Sputnik. Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, siyahı Prezident İlham Əliyevin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə təsdiq edilib.

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

3. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

5. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

6. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

7. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

8. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

9. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

10. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

12. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti

13. “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti

14. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

15. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti

16. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:

16.1. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

16.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.5. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyət;

17. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Xəbər lenti
0