CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə sosial şəbəkələrlə mübarizəsini gücləndirir

© AFP 2024 / Manan VATSYAYANASosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli
Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Layihəyə görə, sosial şəbəkələr 30 gün müddətində təmsilçi təhkim etməsə, cəza 30 milyon lirəyə yüksələcək.

BAKI, 4 noyabr — Sputnik. İyul ayında Türkiyə Məclisində 7253 saylı sosial şəbəkələrlə bağlı qanuna görə, sosial şəbəkələr Türkiyədə öz təmsilçilərini təhkim etməli idi.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, qanun layihəsi oktyabrın 1-dən qüvvəyə minsə də, "Facebook", "Periscope", "Youtube", "Instagram", "Twitter" və "TikTok" kimi şirkətlər Türkiyəyə hələ təmsilçi təhkim etməyib.

Bu səbəbdən də 5 mərhələli planın ilk mərhələsi başlayıb və şirkətlərə 10 milyon lirə pul cəzası kəsilib.

Sosial şəbəkələr 30 gün müddətində təmsilçi təhkim etməsə, cəza 30 milyon lirəyə yüksələcək.

Üçüncü mərhələdə sosial şəbəkələrə yenə təmsilçi təhkim edilməsə, Türkiyədəki şirkətlərin sosial şəbəkə platformalarına reklam verilməsi dayandırılacaq.

Dördüncü mərhələdə tələb yerinə yetirilməsə, şəbəklərin internet trafiki 50 faiz azaldılacaq, yəni saytlar gec açılacaq.

Bu halda belə təmsilçi təhkim edilməsə, Sülh, Cəza Məhkəməsinə müraciət edilərək, internet gücünün 90 faiz azaldılması istəniləcək. Qanuna görə, hakim 50 faizdən az olmamaq şərti ilə internetin gücünün azalması ilə bağlı cəza verəcək.

Əgər sosial şəbəkə cəzalardan sonra belə təmsilçi ayırsa, cəzanın 1/4 hissəsini ödəyəcək.

Xəbər lenti
0