BAKI, 4 noyabr — Sputnik. Nəsimi rayonunun Cavadxan küçəsindəki Təcili Yardım Stansiyasında bir nəfərin həkim Q.Hüseynovanın pulqabısından 1010 manat pulu açıq talama yolu ilə aparması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, hadisə ötən gün baş verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Əlizadə müəyyən edilərək saxlanılıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.