SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Polşa üçün "Belarus ssenarisi": bumeranq effekti

© Sputnik / Aleksey Vitvitskiy / Mediabanka keçidАкция против запрета абортов в Варшаве
Акция против запрета абортов в Варшаве - Sputnik Azərbaycan
Abunə olmaq
Belarus seçkilərindən sonra düz iki ay ərzində Polşa liderləri qonşu ölkədəki "dinc etiraz aksiyalarını" tam şəkildə dəstəkləməyin zəruriliyi barədə şövqlə çıxış edirdilər.

BAKI, 4 noyabr — Sputnik, Vladimir Kornilov. Polşada abortun, demək olar ki, tamamilə qadağan olunmasına qarşı genişmiqyaslı etiraz aksiyaları davam edir.

Dəfələrlə sübut olunub: siyasətdə bumeranq effekti tez-tez təkrarlanır: necə deyərlər, nə əksən, onu da biçirsən. Ancaq heç kim rəsmi Varşavanın Belarus üçün icad etdiyi ssenarinin belə sürətlə onun özünə qayıdacağını gözləmirdi.

Belarus seçkilərindən sonra düz iki ay ərzində Polşa liderləri qonşu ölkədəki "dinc etiraz aksiyalarını" tam şəkildə dəstəkləməyin, "Belarusun azadlıq uğrunda mübarizə aparan qəhrəman qadınlarını qorumağın" və onlara maddi-mənəvi yardım göstərilməsinin zəruriliyi barədə şövqlə çıxış edirdilər.

Американский танк M1A2 Abrams, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Amerikalılar Belarus sərhədlərində nə edirlər

"Belarus ssenarisi" Polşanın özündə həyata keçirilməyə başlayanda isə eyni milli liderlər "dinc etirazçıları" hiddətlə qınamağa, sərt həbs cəzalarla təhdid etməyə və onlara qarşı polis zorakılığını məqbul saymağa başladılar.

Postsosialist Polşasının tarixindəki ən geniş miqyaslı qadın mitinqlərinin təşkilatçıları belaruslu həmkarlarının istifadə etdikləri və yerli mediada çox fəal şəkildə təbliğ olunan texnologiyalardan yararlandıqlarını gizlətmirlər.

Məsələn, bu bazar günü "strayka kobet"in (ölkəni sarsıdan qadın mitinqlərinin) qeyri-formal liderləri Belarus müxalifətçisi Svetlana Tixanovskayanın Koordinasiya Şurasına bənzər Məşvərət Şurası yaratdıqlarını bəyan elədilər.

Polşa etirazçılarının lideri Marta Lempart Minsk hadisələrinin modelini əsas götürdüklərini gizlətmir: "Biz Belarusa baxıb aksiyaların koordinasiyasının nə qədər vacib olduğunu anladıq".

Və bu mitinqlərin son məqsədi də üst-üstə düşür: hökumətin qeyd-şərtsiz istefası.

Tixanovskaya və Lempartın yaratdıqları formal təşkilatlar onların öz sözləri ilə desək, "hakimiyyətin dinc yolla ötürülməsinə" imkan yaratmaqdan başqa bir şeyə xidmət etmir.

Beləliklə, Belarus hadisələrinin rəsmi Varşavanın fəal iştirakı ilə Polşa mediasında tərənnüm edilməsi polyakların özünün onu təqlid etməsinə gətirib çıxardı. Təsadüfi deyil ki, "Strayka"nın bu yaxınlarda baş tutmuş mitinqlərində bu cür plakatlar da peyda oldu: "Bizi üsyanların romantikləşdirildiyi mühitdə tərbiyə edib sonra da etiraz etməyimizə təəccüblənirlər".

Президент Беларуси Александр Лукашенко, фото из архива - Sputnik Azərbaycan
“Belarus vergilərin nə olduğunu unudacaq”

Polşa məmurlarının ritorikası da çox tez-tez dəyişir. Cəmi bir neçə həftə əvvəl Polşanın Baş naziri Mateuş Moravetski açıq-aşkar yazırdı ki, Belarus inqilabını "ixrac etmək" lazımdır. O, hətta "Belarus qadınlarının cəsarətini, qəhrəmanlığını əks etdirən" rəsm müsabiqəsi də elan etmişdi. Bu rəsmlərdən Polşa qadınları tərəfindən keçən cümə Varşava küçələrində keçirilmiş kütləvi mitinq zamanı istifadə edildiyi istisna olunmur.

Ancaq elə həmin Baş nazir bu təşəbbüsündən cəmi bir neçə gün sonra qəzəblə polşalı etirazçıların yararlandıqları metodları "barbarlıq və qanunsuzluq" adlandıraraq hüquq-mühafizə orqanlarını qanunun tələblərini yerinə yetirməyə çağırdı.

Polşa hakimiyyəti həftələrlə Belarus müxalifətçilərinə qarşı repressiyalara görə "Lukaşenko rejimi"ni qınamağı tələb etmişdi. İndi isə bu ölkənin Ədliyyə nazirinin müavini Mixal Vos prokurorluğu nümayişçilərə qarşı sərt repressiyalara başlamağa çağırır. "Polşanın bütün prokurorları qanunsuz toplantıların təşkilatçılarına cinayətkar kimi yanaşmalıdırlar. Onları insanların həyatına və sağlamlığına təhdid yaratdıqlarına görə səkkiz ilə qədər həbs cəzası gözləyir", – deyə o, Radio Maryja-ya müsahibəsində bildirib.

Polşa hakimiyyəti mitinqçilərə qarşı repressiyaları ölkədəki ağır epidemioloji vəziyyətlə pərdələməyə çalışır. Ölkədə fəaliyyət göstərən televiziya kanalları insanların kütləvi şəkildə toplanmasının pandemiya dövründə sağlamlığa ağır ziyan vurması barədə xəbərləri yaymaqla məşğuldur. Görəsən, Polşa mediası Belarusdakı mitinqləri dəstəkləyəndə pandemiya niyə yada düşmürdü?

Президент Украины Владимир Зеленский, фото из архива - Sputnik Azərbaycan
Zelenski Belarusa getməkdən imtina etdi: Lukaşenkonu tanımır

Digər tərəfdən, dövlət televiziyası etirazçıları "Polşa dəyərlərinə hücum edən solçu faşistlər" adlandırmaqdan da çəkinmir. Mitinqçilər də onlara borclu qalmayaraq əsas məqsədlərinin "dövləti faşistlərdən təmizləmək" olduğunu bəyan edirlər.

Maraqlıdır ki, Minsk aksiyalarının "dirijor"ları (özlərinin də etiraf etdikləri kimi Varşavada polyakların pulu ilə fəaliyyət göstərirlər) gözlərinin qarşısında, pəncərələrinin önündə baş verən kütləvi mitinqləri görməzdən gəlirlər. Kimsə iddia edə bilər ki, Nexta Telegram kanalı və rəsmi olaraq Varşava tərəfindən maliyyələşdirilən saytlar yalnız Belarusdakı vəziyyəti işıqlandırmaq məqsədi daşıyırdı. Ancaq elə həmin Nexta-nın Bişkekdəki son hadisələri, Rusiyada 5-10 adamın keçirdiyi etirazları necə yaxından işıqlandırdığını unutmamalıyıq. Və bütün bunlar Varşava kanalının loqotipi ilə eksklüziv xəbər kimi təqdim olundu. Varşavanın özündə çoxminli mitinqlər başlayanda isə məlum oldu ki, Nexta-nın əlində bunları yayımlamaq üçün bir dənə də olsun boş strimer (canlı yayın aləti) yoxdur.

Yeri gəlmişkən, Belarus mitinqlərinin lideri Svetlana Tixanovskaya Polşa qadınlarına öz borcunu ödəməyib. Onlar Tixanovskayaya dəfələrlə dəstək olduqları halda, o, polyakların öz hüquqları uğrunda mübarizəsinə nə sözlə, nə jestlə həmrəyliyini ifadə edib. Bunun səbəbi isə gün kimi aydındır: həm Nexta, həm də Belarus müxalifəti rəsmi Varşavanı tənqid etsələr, əsas maliyyə mənbəyini itirəcəklərindən qorxur.

Президент Беларуси Александр Лукашенко, фото из архива - Sputnik Azərbaycan
Lukaşenkonu son anda bunlar xilas edib - Üstü açıldı

Ən maraqlı məqam isə Belarus məsələsinə birbaşa müdaxiləsinin olduğunu gizlətməyən Polşanın təcili şəkildə baş verən hadisələrdə "xarici amil" axtarışına çıxması və bununla bağlı həyəcan təbili çalmasıdır. Dövlətin qeyri-rəsmi lideri, müxalifətin birmənalı şəkildə "diktator" adlandırdığı Yaroslav Kaçinski artıq bu işdə "rus casus"larının əli olduğundan dəm vurub.

Politoloq Mateuş Piskorski isə bildirib ki, keçən həftə qadınlarla eyni vaxtda etiraz aksiyası keçirən polşalı fermerlərin hərəkətlərində də rus barmağı var: "Əgər fermerlər Rusiyaya qarşı sanksiyaların təxirə salınmasını tələb edirlərsə, deməli, onlar da Kremlin casuslarıdır".

Belə fikirləşmək olar ki, bu, Polşada yeni "rus ifritə ovu"nun hələ başlanğıcıdır. Halbuki Varşavadan fərqli olaraq nə Moskva, nə də Minsk bu ölkədə baş verən etiraz aksiyalarını canlı yayımlamaq üçün Nexta kimi internet televiziyası təsis edib. Özü də bu işdə onlara mane olan yox idi.

Ancaq bizim onlardan fərqimiz də elə budur. Rusiya artıq çoxdan anlayıb ki, "Sülh" adlı qayığa minib sonra onu silkələməyə başlayanlar ilk növbədə özlərini təhlükəyə atmış olurlar. Maydan, üsyan, zorakılıq virusu ən az koronavirus qədər sürətlə yayılır və ilk növbədə onu qonşusuna "yoluxdurmaq" istəyənlərə təsir göstərir. Polşanın timsalında biz bunu gördük. Halbuki Varşava hakimiyyəti Belarusda əkdiklərini öz ölkəsində biçəcəyini ağlına belə gətirməmişdi...

Xəbər lenti
0