BAKI, 4 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən əsasən həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilir.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, proqramın icrası zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplarla yanaşı, məcburi köçkünlərə də üstünlük verilir. Bu ilin ötən dövründə proqrama cəlb olunanlardan 1305 nəfəri məcburi köçkündür. Onlardan əksər hissəsinə mal və materiallar formasında aktivlər verilməklə kiçik ailə təsərrüfatları yaradılıb.
2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi işləri aparılır.