CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: Vətəndaşlara saxta mesajlar göndərilir

CC0 / rawpixel / internet phoneQadın telefonla maşında, arxiv şəkli
Qadın telefonla maşında, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər.

 

BAKI, 4 noyabr — Sputnik. Vətəndaşlara Ermənistanın hücuma keçəcəyi və təhlükəsizlik üçün yaşadıqları ərazini tərk etmələrinə dair saxta mesaj göndərilir.

Sputnik Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Ermənistan kibermühitdə təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir. Düşmən bu dəfə də saxta xarici nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından vətəndaşlarımıza mesaj göndərərək Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonuna hücuma keçəcəyi və təhlükəsizlik üçün rayonu müvəqqəti olaraq tərk etmələrinə dair saxta çağırışlar edir.

© AR Ministry of Transport, Communications and High TechnologiesSaxta mesajın skrinşotu
Diqqət: Vətəndaşlara saxta mesajlar göndərilir - Sputnik Azərbaycan
Saxta mesajın skrinşotu

Qeyd edək ki, daha öncə də vətəndaşlara Gəncə və Bərdə rayonlarına raket hücumu təhlükəsi səbəbindən sığınacaqlara yerləşmələri ilə bağlı saxta mesajlar ünvanlanıb.

Nazirliyin məlumatına görə, bu məlumatlar əhali arasında qorxu və təşviş yaratmaq məqsədi daşıyır və həqiqəti əks etdirmir.

Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər, tanımadıqları nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.

Hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər.

Xəbər lenti
0