Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ölkəmizin ixracında tomat birinci olub

© Sputnik / Sergey Pivovarov / Mediabanka keçidУрожай томатов, фото из архива
Урожай томатов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl ikinci və pambıq mahlıcı üçüncü olub.

BAKI, 3 noyabr — Sputnik. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2020-ci ilin oktyabr sayı təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, 2020-ci ilin doqquz ayı ərzində Azərbaycandan 10,6 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 1,3 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 485,9 milyon, Türkiyəyə 252 milyon, İsveçrəyə 166,1 milyon, Gürcüstana 99,6 milyon və Çinə 33,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2020-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor - 167,8 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 150 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (82,7 milyon ABŞ dolları) üçüncü olub.

2020-ci ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 402 milyon, pambıq lifi ixracı 83,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 73,7 milyon, kimya sənayesi məhsullarının ixracı 60,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 38,2 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 122,4 milyon, pambıq ipliyi ixracı 12 milyon, spirtli və spirtsiz içkilərin ixracı 9 milyon, şəkər ixracı 12,4 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 17,3 milyon, çay ixracı 6,7 milyon ABŞ dolları təşkil edib.

Xəbər lenti
0