Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Deputat: Yerli və türk mallarına üstünlük verin - Dəstək qalmaqalının izi ilə

© AFP 2023 / Charly TriballeauЖенщина у прилавка в супермаркете, фото из архива
Женщина у прилавка в супермаркете, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Transmilli şirkətlərin, xüsusilə də iaşə sektorunda olan şirkətlərin hansısa formada siyasətə cəlb edilməsi indiki halda heç bir tərəf üçün ciddi nəticələrə gətirib çıxarmır".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 noyabr — Sputnik. Bu yaxınlarda ABŞ-ın "Johnson&Johnson" şirkəti işğal altında olan Dağlıq Qarabağdakı separatçılara dəstək mesajı verib. Sputnik Azərbaycan xəbər verir ki, şirkətin rəsmi "Twitter" hesabında paylaşılan mesajda separatçıların qondarma qurumuna dəstək ifadə olunub. Bu addım isə sosial şəbəkə istifadəçilərinin etirazlarına səbəb olub. Ciddi etirazla qarşılaşan şirkət bir müddət sonra bu paylaşımı silib. Buna qədər isə Azərbaycanda şirkətin məhsulları boykot edilib. Bir sıra marketlər şəbəkəsi bu şirkətin mallarını satmaqdan imtina edib.

Поедание пиццы за ноутбуком  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mənəvi-əxlaqi məsələ: dəstək postlarını silənləri boykot etməli, etməməli?

Məsələ ilə bağlı "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, transmilli şirkətlərə yanaşma nisbətən fərqli olmalıdır: ""Johnson&Johnson" şirkəti daha ciddi formada ictimai qınağı haqq edir. Həmçinin bununla bağlı iddialar qaldırıla bilər. Çünki həmin ərazilər Azərbaycanın işğal edilmiş əraziləridir. Burada qeyri-qanuni idarəetmə, məskunlaşma və istismardan söhbət gedir. Belə olduğu təqdirdə transmilli şirkətlərin subyekt olaraq qeyri-qanuni qurumu qəbul etməsi doğru deyil. Azərbaycan bu istiqamətdə müəyyən tələblər irəli sürə bilər".

O bildirib ki, transmilli şirkətlərin, xüsusilə də iaşə sektorunda olan şirkətlərin hansısa formada siyasətə cəlb edilməsi indiki halda heç bir tərəf üçün ciddi nəticələrə gətirib çıxarmır: "Daha çox ticarət və xidmət sahəsində fəaliyyət göstərən transmilli şirkətlər çalışırlar ki, mümkün qədər siyasətdən kənarda dayansınlar. Çünki istənilən halda bu şirkətlərin birinci məqsədi məhz gəlir əldə etməkdir. İndi hansısa formada mərkəzdən verilən qərara görə bəzi transmilli şirkətlər Azərbaycana dəstək postlarını silmək məcburiyyətində qalıblarsa, bunları dəhşətli şəkildə qınayıb, düşmən elan etməyi də doğru hesab etmirəm".

"Nəzərə almaq lazımdır ki, post-müharibə dövründə Azərbaycanın əsas görəcəyi işlərdən biri də ölkəyə müxtəlif şirkətlər vasitəsilə xarici investisiyanın cəlb edilməsi, ölkədə əlverişli fəaliyyət mühitinin yaradılması istiqamətindədir", - deyə ekspert qeyd edib.

Вид на Париж, фото из архива - Sputnik Azərbaycan
Dünya müsəlmanları Fransa mallarını boykot etməyə çağırırlar

Millət vəkili Vüqar Bayramov isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanın Qarabağ uğrundakı haqq işinə bir sıra şirkətlərin qərəzli mövqeyi yerli istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb: "Son olaraq, "Johnson&Johnson" şirkətinin paylaşımında qondarma respublikanın qondarma adını qeyd etməsi bir sıra ticarət obyektlərinin həmin şirkətin istehsal etdiyi məhsulların satışını dayandırmasına gətirib çıxarıb. İstehlakçılarımızın və eləcə də ticarət şəbəkələrinin qərarlarına hörmətlə yanaşaraq xüsusilə qeyd etmək lazımdır ki, belə qərəzli paylaşımlar əslində erməni lobbisinin beynəlxalq arenada əksər istiqamətlər üzrə bizə qarşı informasiya müharibəsi aparmasından xəbər verir. Hətta əksər Qərb ölkələrində Qarabağ savaşı ilə bağlı həqiqəti yazanlar da bu lobbinin təzyiqinə məruz qalırlar".

Deputat deyib: "Məsələnin digər tərəfi də ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı və o cümlədən istehlak bazarı düşmən ölkənin uyğun göstəriciləri ilə müqayisədə xeyli böyükdür. Yəni, xarici şirkətlər, o cümlədən Qarabağımız ilə bağlı qərəzli paylaşım edənlər Azərbaycanda daha çox gəlir əldə edirlər. 2019-cu ildə ölkəmizə xaricdən 70 milyon dollara yaxın yuyucu vasitələr və 24 milyon dollardan çox sabun materialları gətirilib və satılıb. Ermənistanda bu malların ümumi idxalı ötən il 8.2 milyon dollar olub. Deməli, belə məhsulların istehsalı ilə məşğul olan şirkətlər Azərbaycanda Ermənistan ilə müqayisədə 12 dəfə daha çox gəlir əldə ediblər".

"Göründüyü kimi, bir sıra xarici ölkələrin qərəzli yanaşmaları onlar üçün heç də az itki ilə nəticələnməyə bilər. Ən önəmlisi isə elə qərəzli paylaşımlar bizim haqq işimizə heç də kölgə salmır və salmayacaq. Bir daha xatırlatmaq istərdim ki, təklif etdiyim kimi, biz bazarlıq edən zaman yerli və türk mallarına üstünlük verəriksə, o zaman xeyir bizə qarşı qərəzli mövqe tutanlara deyil, dost şirkətlərə qalar. Qarabağ Azərbaycandır!", - deyə deputat diqqətə çatdırıb.

Xəbər lenti
0