Bu gün ABŞ prezident seçir

© REUTERS / DANIEL ACKERВыборы в США, фото из архива
Выборы в США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il xeyli insan vaxtından əvvəl e-mail vasitəsilə səs verib. Rəsmi seçki gününədək onların sayı artıq 100 milyona yaxınlaşıb və bu, rekorddur

BAKI, 3 noyabr — Sputnik. Bu gün ABŞ-da prezident seçkisi olacaq: vətəndaşlar növbəti dörd ildə ölkəni kimin idarə edəcəyinə qərar verəcəklər. 

Sputnik Azərbaycan bildirir ki, seçkidə iki namizəd - respublikaçılar partiyasından hazırkı Prezident Donald Tramp və demokratlardan keçmiş vitse-prezident Cozef Bayden - yarışır.

Budəfəki seçki çox gərgin fonda keçəcək: dünyada və ölkədə cövlan edən koronavirus, COVID-19-un 200 mindən çox amerikalının həyatını bitirməsi, küçə etirazları, üstəlik də prezidentliyə namizədlərin səsvermənin nəticələrini tanımamaq barədə eyhamları durumu qəlizləşdirir.

Bu il xeyli insan vaxtından əvvəl e-mail vasitəsilə səs verib. Rəsmi seçki gününədək onların sayı artıq 100 milyona yaxınlaşıb və bu, rekorddur. Bu göstərici daha çox koronavirus pandemiyası ilə əlaqələndirilir - bir çoxları seçki məntəqəsinə gəlməkdən qorxurlar. Bu minvalla seçki gününədək seçkidə iştirak edənlərin sayı 2016-cı il seçkisində səs verənlərin 70%-ni təşkil edir. Seçki günü isə daha bir neçə milyon insanın səs verəcəyi gözlənilir, ancaq dəqiq rəqəmi demək çətindir.

Xəbər lenti
0