BKAI, 2 noyabr - Sputnik. Türkiyənin Egey sahillərində, İzmirdə baş verən 6.6 bal gücündəki zəlzələdə həlak olanların sayı 92-yə yüksəlib.
Sputnik Azərbaycan NTV telekanalına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı 994 nəfərdir.
Hazırda 147 şəxs xəstəxanada müalicə alır, onlardan reanimasiyada yatan 10 nəfərdən üçünün vəziyyəti ağır olaraq qalır.
17 dağılmış binadan 12-də xilasetmə işləri dayandırılıb, digər beşindəki əməliyyatlardan isə insanlar ümidlə möcüzə gözləyirlər. Hadisə yerinə 7967 xilasedici, 25 K9 iti və 1071 texniki vasitə cəlb olunub.
Qeyd edək ki, oktyabrın 30-u və 31-də Egey dənizi bölgəsində, İzmirdə öncə 6.9, sonra 5 və 6,6 bal gücündə bir neçə zəlzələ olub. Güclü təkanların ardından 1323 afterşok qeydə alınıb, bunlardan 43-nün maqnitudası 4 baldan bir qədər yüksək olub.