Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 2 noyabr — Sputnik. Rejissor Masər Həsənovun "Yada sal məni" filminin treyleri V Buktreyler festivalında iştirak edir. Rejissorun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, "Yada sal məni" filmindən başqa, "Dejavyu" filminin də treyleri festivalda yer alıb:
"Hər iki film Natiq Rəsulzadənin "Lal" və "Yuxu" hekayələrinin motivləri əsasında çəkilib. "Dejavyu" 2019-cu ildə, "Yada sal məni" 2020-ci ildə çəkilib. Hər iki film qısametrajlıdır. Hal-hazırda "Yada sal məni" filmi ABŞ və Azərbaycanda keçirilən 2 festivalda iştirak edir. Təəssüf ki, İngiltərədəki festivalda növbəti mərhələyə keçə bilmədik".