BAKI, 2 noyabr — Sputnik. Müğənni Nura Suri sosial şəbəkə hesabında ölkəmizdə baş verən hadisələrə səssiz qalan dünyaca məşhur insanları qınayıb.
Sputnik Azərbaycan xəbər verir ki, müğənni "facebook" hesabında ölkəmizdəki müsabiqələrdə iştirak edən məşhurları tənqid edib.
"Bu boyda olimpiyadalar, formulalar, Eurovision və s. keçirmişik. Xaricdən idmançılar, dünyaca məşhur musiqiçilər gəlib ölkəmizin gözəlliyini, millətimizin qonaqpərvərliyini görüblər. Niyə susub oturublar? Xeyrimizə niyə bir söz demirlər? Onlarla ünsiyyətdə olanlar niyə danışmırlar həmin məşhurlarla?" - deyə müğənni sual edib.
Qeyd edək ki, müğənni Qarbağ həqiqətləri, Gəncədə və Bərdədə baş verən erməni terroru barədə sosial şəbəkələrdə ən çox paylaşım edən sənətçilər sırasındadır.