BAKI, 2 noyabr — Sputnik. Məşhur aktyor Eddi Hessell soyğunçuluğun qurbanı olub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatında baş verib.
Məlumata görə, ulduz avtomobilini oğurlamağa çalışanlar tərəfindən güllələnib. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hassell daha çox "The Surface", "Bones", "Til Death" və "Southland" filmlərindəki rolları ilə məşhurdur.
Bundan başqa o, "Apple"ın qurucusuna həsr olunmuş "Jobs" filmində də rol alıb.