Azərbaycanın Ordusunun erməni işğalından azad etdiyi Zəngilan və Cəbrayıl rayonlarının İranla sərhəd ərazilərində dörd yeni sərhəd zastavası işə başlayıb.
Sərhədçilərimiz Soltanlı, Xələfli, Xudafərin və Qumlaq zastavalarında Azərbaycanın üçrəngli bayraqlarını dalğalandıraraq xidmətə başlayıblar.
Zastavaların olduğu ərazilərə işıq xətləri çəkilir, yollarda yaşayış məntəqələrinin əzəli adları göstərilən lövhələr quraşdırılır.
Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda əks-hücum əməliyyatları başlandıqdan sonra Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının 200-dən çox yaşayış məntəqəsi erməni işğalından azad edilib. Həmçinin bildirilir ki, sərhəd boyu 132 km-lik ərazi də artıq Ordumuzun tam nəzarəti altındadır.

Xələflidə sərhəd zastavası

Xələflidə sərhəd zastavası

Xələflidə sərhəd zastavası

Xələflidə sərhəd zastavası

Xələflidə sərhəd zastavası

Xələflidə sərhəd zastavası

Xələflidə sərhəd zastavası

Xələflidə sərhəd zastavası

Xələflidə sərhəd zastavası

Xələflidə sərhəd zastavası

Xələflidə sərhəd zastavası

Xələflidə sərhəd zastavası