Türkiyə və Yunanıstan XİN rəhbərləri razılığa gəldilər – Zəlzələyə görə

© REUTERS / TUNCAY DERSINLIOGLU Местные жители и официальные лица ищут выживших в обрушившемся здании после сильного землетрясения в Измире
 Местные жители и официальные лица ищут выживших в обрушившемся здании после сильного землетрясения в Измире  - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub

BAKI, 30 oktyabr — Sputnik. Türkiyə və Yunanıstan Xarici İşlər nazirləri – Mövlud ÇavuşoğluNikos Dendias ölkələr arasında fikir ayrılıqlarına baxmayaraq güclü zəlzələdən sonra qarşılıqlı yardım barədə razılığa gəliblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyə XİN-dəki mənbəyə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub.

Президент Азербайджана Ильхам Алиев и Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
İlham Əliyev Ərdoğana zəng vurdu: Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq

Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur. Beş binanın tamamilə dağıldığı, xeyli evin zərər gördüyü bildirilir. İnsanlar panikaya düşərək küçələrə çıxıblar. İlkin məlumatlara  görə, 4 nəfər həlak olub, 120 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin, Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanların birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsinə isə Kipr Respublikasının nəzarəti altındadır.

Xəbər lenti
0