QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Günortaya qədər Ağdama 130-dan artıq mərmi düşüb – VİDEO

Abunə olmaq
Səhər saat 5 radələrindən Ermənistan SQ humanitar atəşkəsi kobud şəkildə pozaraq Ağdamı atəşə tutub. Saat 12 radələrinə kimi rayona 130-dan artıq mərmi düşüb.

Ağdamın təkcə Qaradağlı kəndinə 30-dan artıq mərmi atılıb. Xüsusilə də rayonun Qaradağlı, Xındırıstan, Əhmədağalı və digər cəbhəyanı yaşayış məntəqələri intensiv atəşə tutulub. Bir neçə evə ziyan dəyib, heyvanlar arasında tələfat olub.

Əhmədağalı kənd sakini Bəxtiyar Abbasov etiraf edib ki, durmadan mərmi atəşi altında olduqlarına baxmayaraq, kənd sakinləri gündəlik təsərrüfat işləri ilə məşğul olurlar və kənddən heç yerə getmək fikrində deyillər.

Mərmi sanki yağış kimi yağdı… - Bərdə faciəsi xəsarət alanın dilindən  - Sputnik Azərbaycan
VİDEO
Mərmi sanki yağış kimi yağdı… - Bərdə faciəsi xəsarət alanın dilindən - VİDEO

Dağlıq Qarabağdakı növbəti, sayca üçüncü atəşkəs rejimi barədə razılaşma oktyabrın 26-da yerli vaxtla səhər saat 08:00-da qüvvəyə minib. Lakin Ermənistan silahlı qüvvələri razılaşma əldə olunandan dərhal sonra Tərtər və Ağdamın cəbhəyanı kəndlərini, oktyabrın 27-də isə Bərdə rayonunu atəşə məruz qoyub.

Ermənistan silahlı qüvvələri, sentyabrın 27-də, səhər saat 06:00 radələrində genişmiqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutublar.

Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətininin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyu qoşunların əks-hücum əməliyyatına başlamağa qərar verib.

Xəbər lenti
0