Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc sakinləri 2-ci dəfə hədəf seçərək raket atəşinə tutması nəticəsində 20-dən artıq rayon sakini dünyasını dəyişdi, 70-dən çox yaralanan oldu.
Möhkəm ol, Bərdə! Raket bombardmanından sonra şəhərdəki vəziyyət – video >>
Kimisi iş başında, kimisi yolda, kimisi avtomobilində erməni terrorunun qurbanı oldu. İnsanların sıx olduğu əraziyə atılan raket Aydın İskəndərovun avtomobilinin yaxınlığına düşüb. Hadisə anını necə xatırlayır - videomuzda izləyin.
Bərdədə nə baş verir: Raket atəşinə məruz qalan yerdən kadrlar >>
Bərdə terroru nəticəsində qadın, uşaq, ahıl sakinlər də müxtəlif dərəcəli xəsarətlər alıblar. Tibb işçiləri onların həyatda qalmaları üçün əllərindən gələni edirlər.