BAKI, 30 oktyabr — Sputnik. "9-11-ci siniflərin buraxılış imtahanında hansısa problemlərin olması gözlənilmir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, bölgələrdə internet şəbəkələrinin genişləndirilməsi çox qısa zamanda mümkün deyil: "İctimaiyyətdə belə fikirlər var ki, hamıya planşetlər paylansa, problem həll oluna bilər. Amma mənim fikrimcə, bunlar qısa müddətdə həll edilə bilməz. Bölgələrdə internet problemi ilə əlaqədar növbəti illərdə 100 məktəbə fiber-optik internet çəkilməsi nəzərdə tutulur".