Türkiyədə güclü zəlzələ oldu

© Photo : Twitter / Atif Ali Jatoiİzmirdə zəlzələ
İzmirdə zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Fövqəladə hallar nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur

BAKI, 30 oktyabr - Sputnik. Türkiyənin İzmir şəhərində 6.6 maqnitudalı zəlzələ baş verib.

Sputnik Azərbaycan Habertürk-ə istinadən bildirir ki, yeraltı təkanlar hətta İstanbulda, Egey və Mərmərə bölgələrində də hiss olunub.

Türkiyə Fövqəladə hallar nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur. Yerli vaxtla 14:51-də baş verən zəlzələ yerin 11.8 km dərinliyində meydana gəlib. 

İnsanlar panikaya düşərək küçələrə çıxıblar. Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

 

Xəbər lenti
0