Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rüstəmov: 2021-ci ildə inflyasiya səviyyəsi 3,6-4 faiz olacaq

© REPORTПредседатель Центрального банка Азербайджана Эльман Рустамов
Председатель Центрального банка Азербайджана Эльман Рустамов  - Sputnik Azərbaycan
Abunə olmaq
"Dünya iqtisadiyyatı resessiyasının pik nöqtəsindən çıxması prosesi çox ləng gedir. Bu da dünya əmtəə və maliyyə bazarlarına mənfi təsir edir".

BAKI, 30 oktyabr — Sputnik. Cari ildə Azərbaycanda inflyasiya illik 2,8-3 faiz, 2021-ci ildə 3,6-4 faiz səviyyəsində olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 30-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, dünya iqtisadiyyatı resessiyasının pik nöqtəsindən çıxması prosesi çox ləng gedir: "Bu da dünya əmtəə və maliyyə bazarlarına mənfi təsir edir. Beynəlxalq Valyuta Fondu oktyabrda dünya iqtisadiyyatı üzrə verdiyi yeni proqnoza görə, 2020-ci ildə qlobal iqtisadiyyatda 4,4% azalma gözlənilir. Lakin dünyada epidemioloji vəziyyətin yenidən pisləşməsi və milli hökumətlərin qəbul etdiyi məhdudlaşdırıcı tədbirlər nəticəsində bu proqnozun reallaşmasına mənfi təsir göstərə bilər".

E.Rüstəmov onu da bildirib ki, bir çox ölkələrdə karantin rejiminin sərtləşdirilməsi neftə tələbatın davamlı bərpasına mane olur: ""Brent" markalı neftin orta qiyməti sentyabr-oktyabr aylarında 42 ABŞ dolları səviyyəsində olub. İlin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli olaraq qalır. Bu da strateji valyuta ehtiyatlarının qorunmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur və bu, ÜDM-in 100% səviyyəsini üstələyir".

Xəbər lenti
0