Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə bərpa işləri aparılacaq və həmin rayonlarda həyat yenidən canlanmağa başlayacaq.
İşğaldan azad edilmiş torpaqlarda təhsil müəssisələrinin fəaliyyətinin bərpası bu işin bir parçası olacaq. Tezliklə sözügedən ərazilərdəki məktəblərin uzun fasilədən sonra öz qapılarını neçə şagirdin üzünə açacağını Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından öyrənə bilərsiniz.
Hazırlanmış materialda məktəblərin, əvvəllər orada işləyən müəllimlərin və bu məktəblərdə təhsil alan şagirdlərin sayı barədə məlumatlarla da tanış ola bilərsiniz.