Azərbaycan İzmirdəki zəlzələ ilə bağlı Türkiyəyə kömək təklif edib

© REUTERS / TUNCAY DERSINLIOGLU Местные жители и официальные лица ищут выживших в обрушившемся здании после сильного землетрясения в Измире
 Местные жители и официальные лица ищут выживших в обрушившемся здании после сильного землетрясения в Измире  - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir K.Heydərov Azərbaycanın dost və qardaş Türkiyəyə İzmirdə baş vermiş təbii fəlakətlə əlaqədar hərtərəfli kömək etməyə hazır olduğunu Türkiyə XİN başçısının diqqətinə çatdırıb.

BAKI, 30 oktyabr - Sputnik. Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İzmirdə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluya zəng edib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Nazir K.Heydərov Azərbaycanın dost və qardaş Türkiyəyə İzmirdə baş vermiş təbii fəlakətlə əlaqədar hərtərəfli kömək etməyə hazır olduğunu Türkiyə XİN başçısının diqqətinə çatdırıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub.

Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur. İnsanlar panikaya düşərək küçələrə çıxıblar. 

Anadolu agentliyinin məlumatına görə, dağıntılar altında üç nəfər yaralı çıxarılıb.

Xəbər lenti
0