Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 29 oktyabr — Sputnik. "Nikol Paşinyan, kasetli raket hücumu ilə Bərdədəki günahsız mülki insanları qorxutmaq istədiniz? Bərdə möhkəm qətiyyəti ilə əvvəlkindən daha gözəl və güclüdür".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.
"Böyük səhvinizi etdiniz. Hesabınıza daha bir hərbi cinayət əlavə etdiniz. İndi cinayətlərinizi göstərmək üçün Tərtərə gedirik", - deyə Hikmət Hacıyev qeyd edib.
Xatırladaq ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdəyə endirdiyi raket zərbələri nəticəsində 21 mülki şəxs həlak olub, 70-dən artıq şəxs yaralanıb.