Deputatlarımız Moldovada prezident seçkilərini müşahidə edəcəklər

© REUTERS / Jonathan Ernstтень Дональда Трампа, фото из архива
тень Дональда Трампа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlardan Sabir Hacıyev və Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası

BAKI, 28 oktyabr — Sputnik. Milli Məclisin bir qrup deputatı Moldovada noyabrın 1-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 29-da ölkənin paytaxtı Kişineu şəhərinə səfər edəcək. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a məlumat verilib.

Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlardan Sabir Hacıyev və Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində, millət vəkili Ramin Məmmədov isə MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri izləyəcəklər.

Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, prosesin gedişini izləyəcəklər. Səfər noyabrın 3-də başa çatacaq.

Xəbər lenti
0