Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidBərdədə vəziyyət
Bərdədə vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın Bərdə rayonuna raket atması nəticəsində Fövqəladə Hallar Naziriyinin (FHN) bir əməkdaşı həlak olub, digəri isə ağır yaralanıb.

BAKI, 28 oktyabr — Sputnik. Ermənistanın Bərdə rayonuna raket atması nəticəsində mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir əməkdaşı həlak olub, biri isə ağır yaralanıb. Bu barədə Sputnik Azərbaycan-a FHN-dən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin "112" qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Qeyd edək ki, bu gün Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Nəticədə, 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.

Xəbər lenti
0