QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan ordusunun hədəfi mülki obyektlərdir: Ağdam məktəbinə mərmi düşdü - VİDEO

Abunə olmaq
Ermənistan ordusu bütün gün ərzində Ağdam istiqamətində atəşkəsi pozmağa davam edib. Məktəbə mərmi düşdü.

Səhər saat 8:00-dan yenidən humanitar atəşkəs olunsa da, Ermənistan silahlı qüvvələri ənənəsinə sadiq qalaraq atəşkəsə məhəl qoymayıb.

Dinclik verməyən atəşkəs səhəri: Tərtər artilleriya zərbələrinə tuş gəldi  - Sputnik Azərbaycan
VİDEO
Dinclik verməyən atəşkəs səhəri: Tərtər artilleriya zərbələrinə tuş gəldi - VİDEO

Ağdam rayonunun ən çox atəşə məruz qalan yaşayış məntəqələri rayonun Çıraqlı, Çəmənli, Əfətli, Qaradağlı, Əhmədağalı və Qərvənd kəndləridir. Mərmilərin çoxu yaşayış məntəqələrinin ətrafındakı boş sahələrə düşüb. 

Atılan mərmilərdən biri Qaradağlı kənd tam orta məktəbinə xeyli ziyan vurub. Bu məktəbə bir neçə gün əvvəl də bir mərmi düşmüş və təhsil ocağına ziyan vurmuşdu. Bu gün atılan mərmi də məktəbin həyətinə düşüb. Nəticədə də məktəbin şüşələrinin əksəriyyəti qırılıb və sinif otaqları yararsız vəziyyətə düşüb. Ermənistan ordusu bütün gün ərzində Ağdam istiqamətində atəşkəsi pozmağa davam edib.

Qeyd edək ki, oktyabrın 26-sı səhər 8:00-dan etibarən Ermənistan ordusu Azərbaycanın Ağdam, Tərtər, Laçının Səfiyan kəndi, Füzuli, Daşkəsən, Tovuz, Ağcabədi rayonlarının yaşayış məntəqələrini atəşə tutur.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Goranboyun dinc həyatına son: “Smerç” raketi partlamasa da, təhlükə olaraq qalır – video  - Sputnik Azərbaycan
VİDEO
Goranboyun dinc həyatına son: “Smerç” raketi partlamasa da, təhlükə olaraq qalır – VİDEO

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

Xəbər lenti
0