BAKI, 26 oktyabr — Sputnik. İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu oktyabrın 28-i Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 586 saylı məhəllə, (Yeni ünvan sisteminə görə Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 259), oktyabrın 30-da isə Xətai rayonu, M.Hadi küçəsi, 2944A (Yeni ünvan sisteminə görə Xətai rayonu, Ç.Kərimov küçəsi, 92) ünvanında keçiriləcək.
Bu barədə Sputnik Azərbaycan-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb. Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.