BAKI, 26 oktyabr — Sputnik. Energetika Nazirliyində mətbuatla iş sektorunun müdiri və mətbuat katibi vəzifəsinə təyinat olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifə Cahid Mikayılova həvalə edilib.
C.Mikayılov indiyədək ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində çalışıb.
Qeyd edək ki, Energetika nazirinin müşaviri Zəminə Əliyeva indiyədək həm də qurumun mətbuat katibi vəzifəsini icra edirdi.