CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daşkəsəndə mərmi atəşləri nəticəsində başlamış yanğın söndürülüb - FHN

© Sputnik / Ilham AhmadovOğuzda meşə yanğını
Oğuzda meşə yanğını - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın söndürülərək geniş sahəyə yayılmasının və sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb. Ümumilikdə, təqribən 10 hektara yaxın sahədə quru ot, kol-kos və qismən ağaclar yanıb.

BAKI, 26 oktyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Ermənistanın atdığı mərmilər nəticəsində döyüş zonasından kənarda yerləşən meşəlik ərazidə baş verən yanğınla bağlı məlumat yayıb. Sputnik Azərbaycan-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terrora da əl atmaqda davam edir.

Belə ki, döyüş zonasından kənarda yerləşən Daşkəsən rayonunun ərazisi Ermənistan Respublikasının ərazisindən mərmi atəşlərinə məruz qalıb. Nəticədə, meşəlik ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşları cəlb olunub. Yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən və texnikanın tətbiqi mümkün olmadığından onun söndürülməsi, əsas etibarilə əl əməyindən istifadə edilməklə həyata keçirilib.

Nəticədə yanğın söndürülərək geniş sahəyə yayılmasının və sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb. Ümumilikdə, təqribən 10 hektara yaxın sahədə quru ot, kol-kos və qismən ağaclar yanıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Xəbər lenti
0