BAKI, 24 oktyabr — Sputnik. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu koronavirusa yoluxub.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə bələdiyyənin sözçüsü Murat Ongun məlumat verib.
"İBB sədri Əkrəm İmamoğlunun COVID-19 testi pozitiv çıxıb. Xəstəxanada müalicəyə başlayan rəhbərimizin vəziyyəti yaxşıdır" - deyə o qeyd edib.
Əkrəm İmamoğlu isə, xəstəxana otağında video çəkərək " COVID-19 testim pozitiv çıxdı, müalicəyə başladıq. Səhhətim indi yaxşıdır, diqqət göstərən hər kəsə minnətdaram. Sağlığınıza və qaydalara mütləq diqqət edin. Hamınızı sevirəm" deyə sosial şəbəkə hesabında paylaşım edib.
O, qeyd edib ki çərşənbə günü COVID testi verib və testin cavabı neqativ çıxıb.
Ancaq dünən hərarəti qalxıb və xəstəxanaya gələn İmamoğlu yenidən test verib. Testin cavabı pozitiv çıxıb.