20 manatlığın üzərində "Qarabağ Azərbaycandır" ifadəsi olacaq

© Sputnik / Farid BabayevАзербайджанский манат
Азербайджанский манат  - Sputnik Azərbaycan
Abunə olmaq
Rüstəmov: "20 manatlıq əsginasın üzərindəki "Qarabağ" sözü "Qarabağ Azərbaycandır" ifadəsi ilə iri şriftlərlə əvəz edəcəyik"

BAKI, 24 oktyabr — Sputnik. "O statuslarla mən də tanışam, maraqlıdır, lakin burada heç bir mistik, konspiroloji şey yoxdur. Hər banknotununu öz mövzusu var. 1 manatlıq bizim mədəniyyətimizi, 5 manatlıq yazı və ədəbiyyatımızı, 10 manatlıq tariximizi, 20 manatlıq Qarabağ, 50 manatlıq təhsil və gələcək, 100 manatlıq iqtisadiyyat və yüksəlişi, 200 manatlıq isə bütövlükdə modern Azərbaycan mövzusuna həsr olunub. 20 manatlıq əsginasın önündə təsvir olunan dəbilqə, qılınc, qalxan Azərbaycan xalqının namusu, qeyrəti, şərəfi simvollarıdır". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov AzTV-nin efirində çıxışı zamanı sosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki "20" rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində "Qarabağ" sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu haqda məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, qarabağla bağlı  bir neçə təkliflər irəli sürülüb: "Bizim döyüş əzmimiz göstərir ki, biz bu torpaqları hansı yolla olursa olsun, azad edəcəyik. O gün bu gündür. Əsginasın üzərindəki xarı bülbül isə bizim mədəni beşiyimiz olan Şuşanın simvoludur. Arxadakı xalça simvolu isə Qarabağ xalçasıdır. Bizim 20 manatlıq banknotumuz tam şəkildə Qarabağ mövzusuna həsr olunub. 20 manatlıq əsginasın üzərindəki "Qarabağ" sözü isə cənab Prezidentin dilindən düşməyən "Qarabağ Azərbaycandır" ifadəsi ilə iri şriftlərlə əvəz edəcəyik".

"Biz "Qarabağ bizimdir", mövzusunda xatirə sikkəsinin buraxılmasını təklif etmişik. Bundan başqa əzəmətli Qarabağ atı, Şuşa Azərbaycanın mədəni beşiyidir, mövzusunda da hökumətə təkliflər vermişik. Biz eyni zamanda Çanaqqalanın 105 illliyinə həsr olunmuş yubley manetinin buraxılmasını təklif edirik.

Qeyd edək ki, 2021-ci il yanvarın 1-dən 1, 5, 20 və 50 manatlıq pul nişanları yeni dizaynda dövriyyəyə buraxılacaq.

Xəbər lenti
0