Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Artıq qaçqın deyilik – Zəngilanlılar yurdlarına dönəcəkləri günü gözləyirlər - VİDEO

Xəbərlərə abunə olun
Zəngilanlılar yurdlarına dönəcəkləri günü gözləyirlər. Ana oğluna doğma yurd-yuvası, Zəngilan haqqında danışır. Ətraflı videomuzda izləyin.

Nurlan Süleymanov Mingəçevirdə doğulub, Zəngilanı yalnız valideynlərinin dilindən eşidib. Amma ölkə başçısı bu şəhərin düşməndən azad edildiyini bildirəndə sevincinin həddi-hüdudu olmayıb.

86 yaşlı mingəçevirli qadın təqaüdünü Ordumuza ianə edib – video  - Sputnik Azərbaycan
VİDEO
86 yaşlı mingəçevirli qadın təqaüdünü Ordumuza ianə edib – video

Nurlanın anası Nəzakət Süleymanova isə şad xəbəri eşidən kimi dərhal həyat yoldaşına zəng vurub, ona artıq qaçqın olmadıqlarını bildirib.

“Möhtərəm Prezidentimiz Zəngilanın alındığını deyəndə mən də, oğlum da sevincdən özümüzə yer tapa bilmədik. Dərhal həyat yoldaşıma zəng vurdum. Həmin vaxt yoldaşım işdə idi. Telefonu açan kimi dedim ki, Adil, xəbərin var, daha qaçqın deyilsən! O da sevindiyindən ağladı. İnşallah, bütün işğal olunmuş torpaqlarımız qayıdar“. 

Nurlan ata-baba yurdlarının zəngin təbiəti, məhsuldar torpaqları olduğunu deyir. Mingəçevirdə yaşayan Süleymanovlar ailəsinin üzvləri Zəngilana ayaq basacaqları gün hər şeydən əvvəl yaxınlarının məzarını ziyarət edəcəklərini bildirirlər.

Qeyd edək ki, Zəngilan rayonu ölkəmizin üzərindən dörd daimi axarlı çay keçən yeganə, unikal ərazi vahididir.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала