BAKI, 23 oktyabr - Sputnik. Amerika Birləşmiş Ştatları İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
Sputnik Aərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
Federal siyahıda İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıqda şübhəli bilinən bir sıra təşkilatların adları yer alıb. Sanksiyalar o cümlədən İranın İraqdakı səfiri İrac Masjediyə də şamil edilib.
Maliyyə Nazirliyinin bəyanatında qeyd olunur ki, İranın rəsmi qurumları Birləşmiş Ştatlarda "demokratik prosesi dağıtmaq" məqsədi ilə KİV adı altında maskalanır.